MƏKTUBLAR VƏ RƏYLƏR

 


MƏNİM MÖCÜZƏLİ MƏLHƏMİM
(“Kviris Palitra” qəzetində dərc edilmiş məktub)

Əziz redaksiya. Mən qəzetinizin fəal oxucusuyam və xüsusi olaraq tibb barədə səhifələrdən xoşum gəlir. “Fitomali” məlhəminə qarşı səmimi sevgimi Sizinlə paylaşmaq istəyirəm. Mən, fəaliyyətdə olan fəal alpinist kimi, tez-tez ekstremal vəziyyətə düşürəm və eləcə də tez-tez müxtəlif növ travmalara, yaralara və ya əzintilərə məruz qalıram. Günəşdən yanıq və dodaqların çatlaması isə alpinistlər üçün dəhşətdir. Mən bir çox məlhəmdən istifadə etmişəm, lakin bir neçə ildir ki, doğrudan da universal və möcüzəli “Fitomali” məlhəmini kəşf etmişəm. Bəzilər üçün şişirdilmiş görünə bilər, lakin zirvəyə qalxarkən, yanımda “Fitomali”-nin olduğunu bildiyim zaman, sağlamlıq baxımından özümü təsəvvürolunmaz dərəcədə rahat və qorxmaz hiss edirəm. “Fitomali” məlhəminə o dərəcədə etibar edirəm ki, o, praktiki olaraq hər şey üçün istifadə etdiyim yeganə preparatdır. Məsələn, zökəm zamanı, baş ağrısı, yara, yanıq, əzinti, çıxıq zamanı; təsəvvür edin ki, məlhəmin ətraflara sürtülməsi məni donmadan qoruyurdu. Ona o dərəcədə etibar edirdim ki, Fitomali-nin imkanlarının həddinin nə qədər olduğu ilə maraqlandım və eksperimentlərin aparılmasına da başladım. Bütün hallarda nəticə doğrudan da heyranedici idi. Zirvəyə qalxarkən, hər bir artıq qramın böyük əhəmiyyətə malik olduğu zaman, “Fitomali”-ni heç vaxt atmırıq, bu səbəbdən onu bir çox zirvəyə aparmışıq. Belə ki, Fitomali bizimlə birlikdə doğrudan da zirvələri fəth edir.
İndi dəniz mövsümüdür və günəş altında qaralmanın həvəskarlarına məsləhət vermək istəyirəm. Günəş altında qaralmanın həvəskarları tez-tez həddidən artıq çox qaralır və yanıq alırlar. Bu cür hallarda “Fitomali”-nin tayı-bərabəri yoxdur. O, sürətlə ağrını aradan qaldıracaq və sonrakı fəsadların qarşısını alacaqdır. Mən bunu dənizdə və dağda da dəfələrlə sınamışam. Çox uzatmaq istəmirəm, çünki həmin məlhəm ilə “dostluq” zamanı başıma gələn bütün halları təsvir etmək üçün qəzetinizin bir neçə səhifəsi belə mənim üçün kifayət olmaz.
Bilmirəm, “Fitomali” ata-baba dərmanıdır, yoxsa onu kimsə yaradıb, buna baxmayaraq, bu mükəmməl preparata qarşı minnətdarlığımı bildirmək istəyirəm.
Alpinist Api Qiqani



TƏBİƏTİMİZDƏN BİZİM ÜÇÜN MƏLHƏM KİMİ!

Xəstəliklərin müalicəsi üçün bitkilərdən istifadə edilməsinə qədim zamanlardan bəri başlamışlar. Gürcüstanın olduqca zəngin təbiəti - mükəmməl yaşıl aptekdir, burada bir çox bitkiyə rast gəlirik ki, hansıların faydalı xüsusiyyətləri min illik kliniki müşahidə, eksperimental tədqiqat və praktiki təcrübə əsasında təsdiq edilmişdir. Həmin bitkilərdən, müasir elmi nailiyyətlərdən istifadə etməklə, qədim xalq ənənələri və yüksək texnologiya ilə Fitomali preparatı əldə edilmişdir.
Fitomali artıq bir neçə ildir ki, bir çox insanın dostuna çevrilmişdir. O, bütün ailə apteklərinin əvəzolunmaz preparatıdır. Preparatın tərkibinə daxil olan komponentlərin faydalı xüsusiyyətləri hərtərəfli yoxlanılmış və tədqiq edilmişdir, ondan böyüklərdə və eləcə də pediatrik təcrübədə istifadə edilməsi isə təhlükəsiz və effektivdir. “Fitomali” məlhəmi Gürcüstanda, eləcə də onun hüdudlarından kənarda çox məşhurdur.
Preparatın tərkibinə hər kəs üçün tanış olan gülünbahar, çobanyastığı, bağayarpağı, boymadərən, dazı və xəşəmbul daxildir. Bu “Fitomali” məlhəminə möcüzəli effekt bəxş edən bitkilərin siyahısıdır. Ondan istifadə edilməsi qənaətli və eyni zamanda təhlükəsizdir, çünki qeyd edilən preparatdan istifadə edərkən allerjik reaksiyaların əmələ gəlməsi praktiki olaraq sıfıra bərabərdir.
Fitomali-nin tərkibinə daxil olan “gülünbahar”, yəni “nargizula” çiçəkləri güclü iltihab əleyihə qabiliyyət ilə səciyyələnir. O, müalicəvi bitkilər arasında vacib yer tutur və ondan əzinti, irinliklər, çətin bitişən yaralar zamanı geniş şəkildə istifadə edilir. O, həşəratın dişlədiyi yerin, eləcə də ginekologiyada uşaqlıq boynunun xəstəliklərinin müalicəsi üçün effektivdir.
Çobanyastığı öz məşhurluğu ilə gülünbahardan geri qalmır. Onun tərkibində olan aktiv maddələr antimikrob, antimikoz, antivirus, dezinfeksiya və ağrıkəsici qabiliyyət ilə səciyyələnir. Çobanyastığının tərkibinə daxil olan azulen allergiya əleyhinə təsirə malikdir, toxumalarda regenerasiya proseslərini sürətləndirir.
Xəşəmbul - xalq təbabətində hərarəti aşağı salan, iltihab əleyhinə, ağrıkəsici, sakitləşdirici vasitəsi kimi istifadə edilir. Dərinin irinli xəstəliklərinin müalicəsi üçün yaxşı təsir göstərir. Bağayarpağının antimikrob effekti hər kəsə məlumdur. O, irinliklərdə təbii cərrahi əməliyyatları mükəmməl şəkildə icra edir. O, yaranın bitişməsi üçün antiseptik effektə malikdir. Boymadərən spazmolitik, antimikrob, iltihab əleyhinə, allergiya əleyhinə xüsusiyyətlər ilə səciyyələnir.
Dazı stomatologiyada qinqivitin, stomatitin müalicəsi üçün antimikrob, antiseptik və spazmolitik effektə malik olan bitkidir. Ondan yaraların sürətlə bitişməsi və yoluxmaya qarşı uğurla istifadə olunur.
Körpə uşaqlarda: tərdən bişmə (qızartılar), “bez” sindromu;
Yoluxmuş, çətin bitişən yaralar, əzinti və travmalar zamanı tellərin gərilməsi, yanıq, yataq yaraları, uşaqlıq boynunun eroziyaları, xora, döş giləsinin çatları; stomatologiyada: qinqivit, paradontoz, - bu məlhəmin artıq 5 dəqiqədən sonra təsir göstərməyə və regenerativ, antiseptik, iltihabə leyhinə təsir göstərməyə başladığı xəstəliklərin siyahısıdır.
 “Fitomali” məlhəmi unikal texnologiya ilə, qədim xalq təbabətinin ənənələri və müasir elmi nailiyyətlərdən istifadə etməklə hazırlanmışdır. Çoxillik təcrübəyə etibar edin!
“Kviris Palitra” qəzetində
“Cİ-Pİ-Sİ” SC-nin publikasiyası (4-10. VIII. 2008-ci il)

 



HƏLƏ CƏHD EDİN, “GÖRÜN, SİZİ NECƏ SAKİTLƏŞDİRƏCƏKDİR!...”
“Fitomali” məlhəmi barədə bir neçə söz
(“Kviris Palitra” qəzetində dərc edilmiş məktub)

İlk öncə Medeyanın Bağı və həmin bağda sirli gücə malik olan çiçəklər var idi... Bu sirli gücün mövcudluğu və əlçatanlığı barədə yalnız o, bilirdi, bilirdi ki, bir damcısı dərman, çox damcısı - zəhər idi, bilirdi ki, onu nə zaman toplamalı idi, sonra isə ona necə qulluq etməli idi ki, bu qəribə qüvvələr yox olmasın, itirilməsin... Üyüdürdü, bişirirdi, müalicə edirdi...
Sonra həmin çiçəklər Gürcüstanın çöl-dərələrinə yayıldı. Bəziləri dağda, bəziləri yolun kənarında, bəziləri isə insanın yaxınlığında həyətlərdə bitməyə başladı... Bilik də qaldı: rəvayət ilə, qədim əlyazmalar ilə...
- Çiçəkləri səhər tezdən, şeh ilə yuyulmuş şəkildə, günəş doğmazdan öncə toplamalısan və onlar da və onlarla birlikdə müalicə qüvvələri də yatacaqdır...
- Biri üçün cümə günü, digəri üçün cümə axşamı yaxşıdır, hamısının öz vaxtı və qaydası vardır, bəzisinin yarpağı, bəzisinin tacı, bəzisinin isə kökü lazımdır...
Əsas onu bilməlisən ki, hansı çiçəklər harmonik kompozisiyanı yaradır, bir-birinə kömək edir və gücləndirirlər.
Gülünbahar, dazı, çobanyastığı, bağayarpağı, boymadərən, xəşəmbul və onların “bacılıqları” bir qazanda qaynayacaq və birazdan “Fitomali” də hazır olacaqdır.
- Bu nədir belə, panaseyadır?! - Bəziləri skeptik olaraq soruşa bilər.
Çoxuları isə onun ləyaqəti və qiymətini həqiqətən bilir;
Panaseya barədə nə deyim, lakin mənim üçün bu məlhəm ailə aptekinin, bayırda isə arxa çantasının ayrılmaz bir hissəsidir. Çünki bu iltihab əleyhinə, ağrıkəsici və doğrudan da sakitləşdirici bir məlhəmdir.
Yaralar və yanıq zamanı sarıq etmək lazımdır, xüsusilə körpə və uşaqlarda öskürək zamanı - kiçik döş qəfəsinə zərif şəkildə sürtmək və isti sarımaq, qulaq ağrısı zamanı daxilə sürtməkdən qorxmamalısınız... Ağcaqanadın dişlədiyi yerə isə onu bir dəfə sürtmək belə kifayətdir.
İki növ təsirə malikdir: birinci halda - sürətli, digərində - uzunmüddətli.
Siz inanmaya bilərsiniz, lakin yenə də deyəcəyəm: əgər “Fitomali”-ni yuxarı və aşağı göz qapaqlarında uzun müddət sürtərsinizsə, görmə qabiliyyətini də daha uzun müddət saxlayacaqsınız, bunu öz təcrübəmdən irəli gələrək deyirəm.
Artrit zamanı da (xəstəliyin xarakterindən irəli gələrək) onu hər gün sürtməlisiniz. Sanki bütün hüceyrələr canlanır.
Hələ cəhd edin, “görün, sizi necə sakitləşdirəcəkdir!...”
P.S. “Fitomali” barədə bir adi, məlumat məktubu yazmaq istəyirdim, lakin məndə heç nə alınmadı...
Filoloq və pedaqoq: Lia Mesxia



HAMBURQDAN RƏY
(“Kviris Palitra” qəzetində dərc edilmiş məktub)

Əziz redaksiya. Tibbi mövzuları bu şəkildə işıqlandırdığınız üçün Sizə təşəkkür etmək istəyirəm, çünki mən ixtisasca həkiməm və tibbi mövzulara hər zaman maraqla yanaşıram. Bu dəfə diqqətimi müəllifləri “Fitomali” antiseptik məlhəminin müsbət xüsusiyyətləri barədə yazdığı məktublar cəlb etdi. Mən də öz təəssüratlarımı oxucu ilə paylaşmaq və bu məlhəmə qarşı minnətdarlığımı bildirmək istəyirəm.
Hələ Gürcüstanda işlədiyim zaman məmin və övladlarımın misalında, doğrudan da universal “Fitomali” məlhəminin son dərəcədə effektiv nəticələrini şəxsən hiss etmişəm, buna görə də uzun müddət bitişməyən yaralar və xoralar, eləcə də yanıq, radikulit, tellərin gərilməsi və digər patologiyalar zamanı tez-tez öz xəstələrimə də təyin edirdim. Təsəvvür edin ki, uzun müddət göz qapaqlarıma sürtməklə öncə görmə qabiliyyətinin zəifləməsi dayandırıldı və sonra yaxşılaşdı belə.
Mən on iki ildir ki, Almaniyada yaşayır və həkim praktikası ilə məşğul oluram. “Fitomali” məlhəminə qarşı bu cür münasibətimə görə o, ailəmizin aptekində əvəzolunmaz bir preparata çevrildi, buna da alman həmkarlarım öncə yumor ilə baxırdılar, lakin qrip və soyuqlama zamanı, eləcə də bir sıra digər xəstəliklər zamanı özləri də istifadə etdikləri zaman, həm də məlhəmin bitkilərdən və təbii inqrediyentlərdən hazırlandığını öyrəndikləri zaman “mən pis vəziyyətə düşdüm”, bəziləri onu məndən bir xəstəlik üçün, bəziləri isə başqa bir xəstəlik üçün istəyirdilər. Bu səbəbdən hər kəs məndən Gürcüstandan onlar üçün “Fitomali” məlhəmini gətirməyimi xahiş edir. Baxmayaraq ki, yaxınlarımı narahat etməli oluram, mən çox fəxr edirəm ki, gürcü preparatı alman həmkarlarımızın gözündə bu qədər hörmət qazanmışdır.
Hörmətlə, həkim terapevt
Nona Roqava
Hamburq, Almaniya
21.07.2010-cu il



“FİTOMALİ” MƏLHƏMİ SİZİ QRİPDƏN QORUYACAQDIR

“Fitomali” məlhəminin son dərəcədə effektiv nəticələrinə əvvəllər də müxtəlif xəstəliklərin müalicəsi zamanı rast gəlmişəm, lakin bu dəfə o barədə söhbət etmək istəyirəm ki, “Fitomali” məlhəmindən qış mövsümündə istifadə edilməsi nə dərəcədə effektivdir. Həmin dövrdə zökəm və qrip virusu ilə xəstələnmə təhlükəsi artır. Bildiyiniz kimi, qrip virusu əllər vasitəsilə selikli qişaya, sonra isə orqanizmə düşür. Qripin qarşısını almaq üçün əlləri tez-tez sabunla yumaq mütləqdir ki, bu da qapıya və ya nəqliyyatın dəstəklərinə hər dəfə əl ilə toxunduqdan sonra praktiki olaraq qeyri-mümkündür.
Gürcüstanda, eləcə də Almaniyada işlədiyim zaman mənim və xəstələrimin çoxillik təcrübəsini sizinlə paylaşmaq istəyirəm. Əgər özünüzü zökəm və qripdən maksimal dərəcədə qorumaq istəyirsinizsə, evdən çıxarkən mütləq “Fitomali” məlhəmini burun deşiklərinə, dodaqların və göz qapaqlarının ətrafına sürtün, əgər bu proseduru gündə 3-4 dəfə yerinə yetirərsəniz, daha yaxşı olar, o zaman effekt olduqca daha yaxşı olacaqdır. Mənim məsləhətim ondan ibarətdir ki, bağçaya və ya məktəbə getməzdən öncə yuxarıda qeyd edilən proseduru uşaqlarda da yerinə yetirəsiniz, bununla onların qripə yoluxma təhlükəsinin maksimal dərəcədə qarşısını alacaqsınız.
Həmçinin əlavə etmək istəyirəm ki, qışda tez-tez dəri quruluğu, xüsusilə dodaqların quruluğu kimi xoşagəlməz anlar olur ki, nəticədə dəri çatlayır və qanaxma da baş verə bilər. “Fitomali” məlhəmi belə halda da çox yaxşı nəticə verir, onun dodaqlara və digər dəri hissələrinə sürtülməsi dodaqların çatlaması və ya herpes kimi problemlərin qarşısını alacaqdır. “Fitomali” məlhəmi sürtülmüş dəri soyuğun təsiri zamanı elastikliyi və sağlam görünüşü asanlıqla saxlayır.
Hörmətlə, həkim terapevt
Nona Roqava
Hamburq, Almaniya
12.10.2010-cu il



FİTOMALİ ALFRED NOBELƏ

Nodar Dumbadzenin “Lüminal” əsərini hamımız xatırlayırıq – sizi narahat etməyəcəyəm. Gözəl yazıçı Sergey Dovlatov məcburi emiqrasiyadan iki il əvvəl antisovet nəfəsi motivi ilə həbs edilmiş və bir neçə həftə həbsxanada keçirmişdir. Sinif yoldaşlarından iki məhbusa həkim lazım gəldi: birinin - qarnı, digərinin isə başı ağrıyırdı. Kameraya daxil olan həkim cibindən tableti çıxardı, yarıya böldü və məhbuslara verdi – ehtiyatlı olun, qarışdırmayasınız...
Mərhum Dovlatov haradan bilirdi ki, iyirminci əsrin sonunda hər şeyə kömək edən bu cür məlhəmi icad edəcəklər və dağa yeganə olaraq, yalnız “Fitomali” məlhəmini aparırıq və rahatıq – haramız ağrısa, bir neçə dəqiqəyə sağlamlığınızı tam şəkildə və son olaraq bərpa edə bilərsiniz. Və müəyyən olunur ki, otları içirdərək ölünü diriltdiyi barədə Tsikaranın əhvalatı heç də nağıl deyilmiş.
Buna görə də “Fitomali” məlhəminin müəlliflərinə Nobel mükafatı (heç olmaza sülh sahəsində) verilməlidir.
P.S. Hesabıma reklam honorarını köçürməyin, hesabımı tapmaqda çətinlik çəkəcəksiniz...
Dato Turaşvilinin “Alternativa” adlı kitabından fraqment (32-ci, 33-cü səhifələr).



QIŞ MÖVSÜMÜ ÜÇÜN KONKRET TÖVSİYƏLƏR

Qış mövsümünün gəlməsi ilə birlikdə qrip virusuna yoluxma ehtimalı artır. Özümüzü qrip kimi, hava-damcı yolu ilə yoluxan viruslardan qorumaq üçün küçəyə çıxmazdan öncə “Fitomali” məlhəmini burun deşiklərinə, dodaqların və gözlərin ətrafına sürtmək tövsiyə olunur.
“Fitomali” məlhəminin tərkibinə daxil olan aktiv maddələr viruslara yayılmaq imkanını vermirlər. “Fitomali” məlhəmindən mütəmadi olaraq istifadə edilməsi qrip xəstəliyinə tutulma, eləcə də zökəm və nəfəs yollarının iltihabının yaranma ehtimalını əhəmiyyətli dərəcədə azaldır.
Bronxit zamanı “Fitomali” məlhəmini döş qəfəsinə sürtmək tövsiyə olunur.
“Fitomali” məlhəmindən ətrafların soyuğa qarşı həssaslığı, oynaqlarda ağrı, dodaqların çatlaması, dəri quruluğu kimi, soyuq ilə əlaqədar olan problemlər zamanı və başqa xəstəlikləri müalicə etmək üçün istifadə edilir.



BİR ÇOX XƏSTƏLİYİ MÜALİCƏ EDƏN SEHRLİ MƏLHƏM
(“Yeni Gürcüstan” qəzetindəki məqalə - mart, 2020-ci il)

Gürcü xalq təbabətində unikal məlhəmləri yaratmış loğmanların bir çox nəsil budağı doğulmuşdur. Əlbəttə ki, bir məqalədə hamısını xatırlaya bilmərik, lakin oxucuya gürcü məlhəminin tarixindən bir maraqlı əhvalatı təklif edəcəyik.
Diqqətimizi hər kəsə məlum olan, möcüzələr yaradan və artıq 25 ildir ki, bizim və başqa xalqların sağlamlığına xidmət edən “Fitomali” məlhəmi üzərində dayandıracağıq.
Məlhəm öz aktiv inqrediyentlərinin təsiri ilə müxtəlif xəstəlikləri və digər xəstəlikləri müalicə edir. Aydındır ki, onun konsistensiyası bədən temperaturunda əriyir və o, əsasən xarici istifadə üçündür.
Lakin, bir çox insan “Fitomali” məlhəmindən daxilə də istifadə edir və möcüzələr barədə söyləyirlər ki, o, öskürək zamanı spazmları aradan qaldırır, onikibarmaq bağırsağın xorası zamanı yaxşı təsir göstərir və s. Məlhəmin müəlliflərindən biri Amiran Kvaratsxelia bizimlə söhbət zamanı deyir ki, həmin məlumatı istehlakçılardan alırlar, lakin bu barədə rəsmi tədqiqatlar aparılmamış və müvafiq olaraq annotasiyaya da daxil edilməmişdir.
“Fitomali” həqiqətən sehrli effektə malikdir və bir çox xəstəliyi müalicə edə bilər. Məhz bu səbəbdən o, zamana dayandı və bu gün yalnız Gürcüstanda deyil, eləcə də onun hüdudlarından kənarda da çox məşhurdur. Cənab Amiran bizimlə söhbət zamanı qeyd etdi ki, bir çox xarici ölkədən məlhəm barədə çoxlu rəy verilmiş, lakin hal-hazırda diqqəti gürcü yəhudisinin rəhbərlik etdiyi bir layihəyə yönəldiblər. Cənab Amiran həmin layihəyə böyük ümidlər bəsləyir.
“Fitomali” məlhəminin yaradılması üzərində iş keçən əsrin 80-ci illərindən başlamış və o, 1983-1994-cü illərdə işlənirdi. Təbii, natural müalicəvi dərman vasitələrini yaratmaq ideyası və illər ərzində bu istiqamətlə fəal iş öz bəhrəsini vermiş və 90-cı illərdən, müasir əczaçılıq nailiyyətlərini nəzərə alaraq, müalicəvi bitkilərdən hazırlanmış bir neçə preparat, o cümlədən, yuxarıda qeyd edilən “Fitomali” məlhəmi yaradılmışdır. Düşünüldüyü kimi, “Fitomali” məlhəmi həqiqətən universal olmuşdur ki, bunu da sonrakı tədqiqatlar da təsdiq etmişdir. Preparatın işlənilməsi zamanı ənənəvi xalq təbabətinin, eləcə də fitoterapiya, homeoterapiya və bu sahədə müasir elmin nailiyyətlərindən istifadə olunmuşdur.
Məlhəm toxumaların reparasiya qabiliyyətini gücləndirir və yaradan nekroz sahələrinin aradan qaldırılmasına kömək edir, eləcə də ondan kompleksli terapiya zamanı, zədələnmiş dərinin, uzun müddət bitişməyən, müxtəlif etiologiyalı yoluxmuş xoraların, yaraların (yanıq, travmalar, yataq yaraları və sair) və selikli qişanın müxtəlif mikrob florası səbəbindən yaranan zədələnmələrin müalicə olunması üçün; əzinti, tellərin gərilməsi, iltihablı ödem, radikulit, üçlü sinirin nevralgiyası, qulaq iltihabı, paradontit, stomatit və bənzər xəstəliklər zamanı istifadə edilir.
Qrip və zökəmin profilaktikası üçün küçəyə çıxmazdan öncə məlhəmi burun deşiklərinə, göz qapaqlarına və gözlərin ətrafına sürtmək tövsiyə olunur ki, bu da hal-hazırda koronavirus fonunda çox aktualdır və b.a. maskalardan daha az qorumur.
Həmin məlhəm ətrafında bir çox maraqlı hekayə söyləyir və onun möcüzəli qüvvəsini vurğulayırlar. 25 il ərzində “Fitomali” məlhəminin bir çox minnətdar istehlakçısı çıxmış, bununla yanaşı, həmin illərdə Fitomali ilə müalicə zamanı heç bir əks-göstəriş müəyyən edilməmişdir.
Gürcüstanda, eləcə də Azərbaycanda, Rusiyada, Belarus və Ermənistanda qeydiyyat zamanı aparılmış tədqiqatlar vaxtı aparıcı mütəxəssislər yekdilliklə “Fitomali” məlhəminin yüksək müalicəvi xüsusiyyətlərini qeyd edirdilər.