KLİNİKİ TƏDQİQAT

 

 

“Fitomali” məlhəminin kliniki tədqiqatı Tbilisi Dövlət Tibb Universitetinin Eksperimental və Kliniki Tibb Elmi-Tədqiqat İnstitutunun laboratoriyasında aparılmışdır (1995-ci və 1998-ci ildə). Kliniki müşahidəyə əsasən, morfoloji, toksikoloji, fizioloji, histoloji və mikrostrukturlu tədqiqat ilə müəyyən edildi ki, “Fitomali” məlhəmi üçün:
1. Kəskin toksiklik səciyyəvi deyildir;
2. Kumulyativ təsir səciyyəvi deyildir;
3. Xroniki toksiklik səciyyəvi deyildir;
4. Yerli-qıcıqlandırıcı təsir səciyyəvi deyildir;
5. Dərinin reaktivliyinin artmasına dəstək olur;
6. Onun üçün aydın ifadə edilmiş yerli anestetik təsir səciyyəvidir;
7. Ağrı hissini azaldır.
Mövzunun rəhbəri, ted L. İ. Tuskia
İnstitutun direktoru, ted, akademik Q. Dumbadze



YANIQ MƏRKƏZİ

Termik Zədələnmələr (Yanıq) Elmi-Təcrübi Mərkəzində aparılmış kliniki tədqiqat (105 xəstə üzərində) aşağıdakıları göstərdi:
“Fitomali” məlhəmindən yanıq səbəbindən yaranmış zədələnmələrdə, trofik xora və ləng olan yaralarda istifadə edilməsi regenerasiya proseslərinin stimullaşdırılmasına və bitişmə proseslərinin sürətləndirilməsinə səbəb olur. Onun səmərəliliyi yaranın səthində bakteriostatik və qismən bakteriosid təsir ilə müəyyən edilir. O, yara ətrafında yerləşən toxumaların qıcıqlanmasına, ağrıların gücləndirilməsinə səbəb olmur.
“Fitomali” məlhəmi yanıq səbəbindən yaranmış zədələnmə, əsasən I-II-IIIA dərəcəsi zamanı, əməliyyat (autoplastika) qabağı dövrdə, eləcə də müxtəlif etiologiyalı trofik xoralar və ləng olan yaralar təqdirində effektiv müalicə vasitələrindən biri kimi tövsiyə edilə bilər.
Mərkəzin rəhbəri, ted, akademik B. İaşvili
Böyük elmi işçi, ten. N. Tsutskiridze.



JORDANİA ADINA İNSTİTUT

“Fitomali” məlhəmi İ. P. Jordania adına Elmi-Tədqiqat İnstitutunun Poliklinikasında aprobasiya olunmuş və 107 xəstə üzərində sınaqdan keçirilmişdir. Rəy: “Fitomali” məlhəmindən müxtəlif növ kolpitlər (trixomonal, göbələk...) və uşaqlıq boynunun eroziyasının müalicə kompleksində uğurla istifadə edilə bilər. Məlhəm iltihab əleyhinə və antimikrob xüsusiyyətinə malikdir. O, eroziyalaşmış səthin sürətlə bitişməsinə kömək edir.
Ted. E. Boçorişvili
Ten. D. Qorqoşidze
Həkim-ordinator: L. Pxaladze



MİKROCƏRRAHİYYƏ ELMİ-TƏDQİQAT İNSTİTUTU

“Fitomali” məlhəminin aprobasiyası Tbilisi Qan Damar və Təxirəsalınmaz Mikrocərrahiyyə Elmi-Tədqiqat İnstitutunda aparılmışdır. Tədqiqat aşağıdakıları göstərdi: bizim tərəfimizdən “Fitomali” məlhəmindən irinli yaralar, trofik xoralar, diabetik fleqmon və digər iltihabi proseslər zamanı istifadə edilmişdir. Müalicənin nəticələri müsbət qiymətləndirilmişdir. “Fitomali” məlhəmi əməliyyatdan sonrakı yaraların bitişməsi zamanı prevensya vasitəsi kimi kifayət qədər effektivdir.
Ted., akademik Q. Natsvlişvili
Ted., professor M. Tvaladze



CƏRRAHİYYƏ İNSTİTUTU

K. Eristavi adına Cərrahiyyə İnstitutu yanında I Cərrahiyyə Klinikasının Urgent Cərrahiyyə Şöbəsində “Fitomali” məlhəminin aprobasiyası aşağıdakıları göstərdi: “Fitomali” məlhəmi cərrahi təcrübədə geniş istifadə üçün tövsiyə oluna bilər.
İrinli Cərrahiyyə Şöbəsinin müdiri, ten. Q. Şaraşidze
İnstitutun direktoru, ted., professor B. Mosidze



STOMATOLOGİYADA APROBASİYA

Tbilisi Dövlət Tibb Universitetinin Terapevtik Stomatologiya kafedrasında və “Unident” Klinikası Stomatoloji Şirkətində “Fitomali” məlhəminin aprobasiyası aşağıdakıları göstərdi: “Fitomali” antiseptik məlhəmi aydın ifadə edilmiş müalicəvi xüsusiyyətə malikdir ki, bu da paradontoz, paradontit və ağız boşluğunun selikli qişasının iltihabı zamanı müalicə kompleksində istifadə etmək və ondan geniş təcrübədə istifadə edilməsini tövsiyə etmək imkanını verir.
Tbilisi Dövlət Tibb Universitetinin Terapevtik Stomatologiya kafedrasının dosenti, “Unident” Şirkətinin kliniki rəhbəri, ten. M. Mamaladze