İLTİHAB ƏLEYHİNƏ, AĞRIKƏSİCİ PARAMÜALİCƏ “FİTOMALİ” MƏLHƏMİ   

 

 

 

QEYDİYYATA ALINIB: Gürcüstanda, Rusiyada, Ermənistanda, Belarusda, Azərbaycanda.

TƏRKİBİ: xəşəmbul cövhəri 4 q., çobanyastığı cövhəri 3 q., gülünbahar cövhəri 5 q. bağayarpağı cövhəri 4 q., boymadərən cövhəri 4 q., yağlı dazı ekstraktı 10 q., tibbi vazelin 70 q.

FARMAKOLOJİ TƏSİRİ: toxumaların reparasiya qabiliyyətini gücləndirir və yaradan nekroz sahələrinin aradan qaldırılmasına kömək edir.

FARMAKOLOJİ QRUPU: iltihab əleyhinə, ağrıkəsici vasitə, kompleksli terapiya zamanı.

GÖSTƏRİŞLƏR: zədələnmiş dərinin, uzun müddət bitişməyən, müxtəlif etiologiyalı yoluxmuş xoraların, yaraların (yanıq, travmalar, yataq yaraları və sair) və selikli qişanın müxtəlif mikrob florası səbəbindən yaranan zədələnmələrin müalicə olunması üçün, əzinti, tellərin gərilməsi, iltihablı ödem, radikulit, üçlü sinirin nevralgiyası, qulaq iltihabı, paradontit, stomatit və bənzər xəstəliklər zamanı, ginekologiyada kolpit, uşaqlıq boynunun eroziyası və xorası zamanı, yenidoğulmuşlarda tərdən bişmə zamanı; əmizdirən analarda döş giləsinin çatları zamanı istifadə edilir;
Qrip və zökəmin profilaktikası üçün küçəyə çıxmazdan öncə məlhəmi burun deşiklərinə, göz qapaqlarına və gözlərin ətrafına sürtmək tövsiyə olunur;
Bronxit zamanı məlhəmi döş qəfəsinə sürtmək; günəş səbəbindən yaranmış yanıq və həşəratların dişlədiyi yerlərə məlhəmi sürtmək tövsiyə olunur;

ƏKS-GÖSTƏRİŞ: preparatın tərkibinə daxil olan komponentlərə qarşı həddindən artıq həssaslıq;
Dozanın aşılması təqdirində, eləcə də buraxılmış doza və ya “buraxılma sindromunun” riskləri aşkar edilməmişdir.

YAN TƏSİRLƏR VƏ DİGƏR DƏRMANLAR İLƏ UYĞUNSUZLUQ: aşkar edilməmişdir.

QƏBUL ETMƏ QAYDASI VƏ DOZALAR: yanıq və irinli yara zamanı zədələnmiş yerə nazik məlhəm qatı ilə bez qoyulur və hər gün dəyişdirilir; radikulitin müalicəsi zamanı məlhəm gündə 2-3 dəfə 3-5 dəqiqə ərzində sürtülür. Soyuqdan müdafiə zəruridir. Kolpit, eroziya, xora zamanı antiseptik məhlul ilə işlədikdən sonra məlhəm hopdurulmuş tampondan istifadə edilir. Dişətinin iltihabı zamanı məlhəm gündə 3-4 dəfə sürtülür; bütün digər hallarda məlhəmi gündə 2 dəfə 3-5 dəqiqə ərzində sürtmək lazımdır.

XÜSUSİ GÖSTƏRİŞLƏR: ayrıca hallarda (xüsusilə III dərəcəli yanıq zamanı) məlhəmdən həkimin nəzarəti altında istifadə edilir. Hamiləlik dövründə, eləcə də müxtəlif patologiyaları olan istənilən yaşda xəstənin müalicəsi zamanı preparatdan istifadə edilməsi təhlükəsizdir. Sürücülərə və təhlükəli maşın-qurğularda işləyən işçi heyətinə təsir göstərmir.

BURAXILIŞ FORMASI: ilkin qablaşdırma: alümin tübikində 20 mq məlhəm. İkincili qablaşdırma: karton qutuda istifadə üzrə təlimat ilə birlikdə 1 tübik.

YARARLILIQ MÜDDƏTİ: 2 il. Müddəti keçdikdən sonra preparatdan istifadə edilməsi tövsiyə olunmur.

SAXLAMA ŞƏRAİTİ: sərin, işıqdan qorunmuş yerdə saxlanılır.

VERİLMƏ QAYDASI: məhsulun farmasevtik qrupu III - reseptsiz verilir.

İSTEHSALÇI: “Borci” MMC, Kavtaradze 21a, Tbilisi, Gürcüstan.

Tel.: (+995 32) 2 545 181

El-poçt: fitomali95@gmail.com
www.fitomali.ge